+99 (412) 5950525
 
Roombanın effektiv işləməsi üçün hər yığışdırmadan sonra aşağıdakı qaydalara riayət olunmalıdır:

1. Zibil konteynerini təmizləmək

Zibil konteynerinin düyməsinə basaraq onu çıxarmaq.




2. Filtr hissəsini təmizləmək

Zibil konteynerini təmizləmək.



Filtrin hissələrini və filtrin özünü təmizləmək.



Hər günlük istifadə edildikdə filtr hər iki aydan bir dəyişilməlidir.

Diqqət: Zibil konteynerini və fırçanı hər yığışdırmadan sonra təmizləyin. Mütəmadi olaraq yoxlayın ki, saç, tük və digər zibillər ön təkərə dolaşıb qalmasın. Çox çirklənmiş fırça və ya təkərlər Roombanın işinin effektivliyini azalda bilər.

Faydalı məlumat: Əgər Roombanın yığışdırma effektliyi zəifləyibsə zibil konteynerini və fırçaları yoxlayın və lazım gələrsə təmizləyin.

3. Robotun fırçalarını təmizləmək

İki sarı fiksatora basaraq fırçanı çıxarın.



Qapaq – başlıqları çıxarın və tükləri və digər ilişmiş zibili kəsmək üçün qayçıdan istifadə edin.



Faydalı məlumat: Roombaya qulluq zamanı sarı hissəciklərə diqqət edin. Onları hər yığışdırmadan sonra çıxarmaq və təmizləmək lazımdır.

Robotun sarı podşivnikindən tüklərin və zibili təmizləyin.



Xüsusi cihazın köməyi ilə fırçadan tükləri, sapları və digər zibilləri təmizləyin.



Əgər fırçanın və podşipnikin - dayaq ətrafına çox zibil yığılıbsa, onda Roomba zədələnə bilər. Podşipniklərin vəziyyətini tez-tez yoxlayın! 

Heç bir halda Roombanı podşipniklərsiz - dayaqsız işlətməyin!

4. Robotun ön təkərini təmizləmək

Robotun ön təkərini möhkəm şəkildə özünə tərəf çəkərək korpusdan çıxarın. Təkərin üzərindəki zibili təmizləyin.



Təkəri tutacaqdan çıxarın və ətrafına dolşamış zibili təmizləyin. Oxun üzərinə bərk basaraq onu təkərdən çıxarın. . Təkəri təmizləyin və oxu daxil edin. Tutacağı təkərə bütün modulu robota yerləşdirin.



Təkəri tutacaqdan çıxarın və ox ətrafına dolşamış zibili təmizləyin. Oxun üzərinə bərk basaraq onu təkərdən çıxarın. Təkəri təmizləyin və oxu daxil edin. Tutacağı təkərə bütün modulu robota yerləşdirin.

5. Hündürlükdən düşməni qoruyan sensoru təmizləmək

Sensoru quru parça və ya fırça ilə silin.



Əgər siz robotu hər gün istifadə edirsinizsə həftədə 1 dəfə Roombaya ümumi baxış və xidmət göstərməyiniz mütləqdir. Ayda 1 dəfə isə pinset və adi tozsoranın köməyi ilə təkərlərdəki zibili və tozu təmizləmək lazımdır.